• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bankomatlarda gizli kamera quraşdırılacaq

Bankomatlarda gizli kamera quraşdırılacaq

Son vaxtlar bankomat istifadəçilərinin məlumatlarının xüsusi üsullarla oğurlanması hallarının artması Mərkəzi Bankı bu qurğuların təhlükəsizliyini gücləndirməyə məcbur edib.

ANS TV-nin məlumatina görə, ödəniş kartlarının istifadəsi qaydalarına dəyişiklikliyə əsasən bütün bankomatların daxilində ən azı bir gizli kamera olmalıdır.

İstifadəçilərin görüntüləri isə ən azı 6 ay ərzində saxlanılmalıdır. Bundan başqa bankomata kənar müdaxilənin qarşısını alan “Antiskimmer” kimi əlavə avadanlıq quraşdırılmalıdır. Yeni qaydalarda, hətta açıq ərazidə yerləşən bankomatların ətrafının gecələr tam işıqlandırılması da tələb kimi qoyulub.

Prosessinq Mərkəzinin nümayəndəsi Rüstəm Rüstəmlinin sözlərinə görə, bankomatlarda “Antiskimmer” mühavizəsi sistemi quraşdırıldığı zamanı, oğrular başa düşəcəklər ki, bankomatlardan öğurluq çox riskli əməliyyatdır: “Kimin hansı əməliyati etməsi artıq 100 % görünəcək. Həmin kameralar sizin üzünüzlə eyni səmpdə olacaq. Bu kameranın sizi sərbəst şəkildə çəkməyinizə və identikasiya edilməsinə səbəb olacaq”.

Aparıcı banklardan aldığımız məlumata görə, bankomata kənar müdaxilənin qarşısını alan “Antiskimmer” avadanlığı yalniz köhnə bankomatlarda quraşdırılacaq. Çünki bütün yeni modelli bankomatlarda artIq bu avadanlıq var. Hətta bir sıra banklara məxsus bankomatlarda gizli kameralar belə var. Mütəxəssislərin fikrincə, qaydalara edilən bu dəyişiklik bir çox bankları öz bankomatlarının təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirməyə vadar edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR