Mikroavtobus qəzası
Bizi izləyin

Qırmızı.az

Mikroavtobus qəzası

Qobustan rayonunda "Opel" markalı minik avtomobili ilə "Volkswagen" markalı mikroavtobusu toqquşub.

ANS PRESS-in məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 99-cu kilometrliyində baş verib.

FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdə sürücülər sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə sürücülər avtomibillərdən çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm