Azərbaycanda tanınmış teleaparıcı dələduzluğa görə həbs edilib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda tanınmış teleaparıcı dələduzluğa görə həbs edilib

Bir sıra telekanallarda kriminal rubrikanın aparıcı işləmiş Azər İsrafilov ötən şənbə Bakının Xətayi rayon Polis İdarəsi əməkdaşları tərəfindən dələduzluq ittihamı ilə saxlanılıb.

Bir sıra telekanallarda kriminal rubrikanın aparıcı işləmiş Azər İsrafilov ötən şənbə Bakının Xətayi rayon Polis İdarəsi əməkdaşları tərəfindən dələduzluq ittihamı ilə saxlanılıb.

Bu barədə Xətayi rayon Polis İdarəsinin məlumatında bildirilir.

Əldə olunan məlumatlara görə, əvvələr yerli telekanallarda kriminal verilişlərin aparıcısı olmuş İsrafilov tanışının etibarından sui-istifadə edərək ondan 20 min manat pul götürmüş və geri qaytarmamaqda ittiham olunur.

İsmayılov narkotik maddələrin qanunsuz dövriyəsi ilə bağlı cinayətdə ittiham olunan dostuna cinayət məsuloiyyətində qaçmaqda kömək edəcəyinə vəd verib. Lakin vədinə əməl etməyib.

İsrafilova qarşı cinayət işinin bir il əvvəl qaldırıldığı bildirilir. İndi isə onun cinayətdə iştirakı sübuta yetirilib və hazırda onun həbsi barədə məsələyə baxılır.

Qeyd edək ki, Gün.Az-a Xətai rayoun polis idarəsində bu barədə xəbəri təsdiqləsələr də, adıçəkilən işin istintaqı davam etdiyinə görə əlavə məlumatları verə bilməyəcəklərini deyiblər. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm