Şumaxerin 60 min frankı oğurlanıb
Bizi izləyin

Qırmızı.az

Şumaxerin 60 min frankı oğurlanıb

Mixail Şumaxerin tibbi sığorta kartının oğurlanmasında helikopter şirkəti şübhəli bilinir.

Publika.az-ın məlumatına görə, helikopter icarəsi ilə məşğul olan İsveçrə şirkəti "Formula 1" üzrə 7 qat dünya çempionu Şumaxerin kartından böyük məbləğdə oğurluq edib.

Belə ki, Şumaxerin karından 60 min İsveçrə frankı satın almaq üçün təklif göndərilən kompüterin İP ünvanı Sürixdəki sözügedən şirkətin ofisində quraşdırılmış komputerin adresi ilə eyni olub.

Qeyd edək ki, ötən ilin dekabrın sonlarında xizək sürən zaman ağır kəllə-beyin zədəsi alan Şumaxer komadan çıxdıqdan sonra xəstəxanası dəyişdirilib. Bu zaman İsveçrə şirkətinə Şumaxerin helokpterlə xəstəxanaya çatdırılması üçün sifariş verilib. Lakin son anda həkimlər dünya çempionunun maşınla Lozanna reabilitasiya klinikasına aparılmasına qərar veriblər.

Qeyd edək ki, xəstənin helikopterlə daşınması üçün verilən sifarişdə Şumaxerin tibbi sosial kartının göstəriciləri də prosedura uyğun olaraq onlara ötürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm