Azərbaycanda meşə yanğını
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda meşə yanğını

Azərbaycanda daha bir meşə yanğını baş verib.

Publika.az-ın xəbərinə görə, bu barədə FHN mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, Qəbələ rayonu, dağlıq ərazidə 2,5 hektar sahədə meşə zolağı yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xatırladaq ki, 2 gün əvvəl Siyəzən də də meşə yanğını baş vermişdi. Belə ki, iyulun 6-da saat 15:00 radələrində Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərinin birində yanğın hadisəsi baş verib.

Əsən külək yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm