Uşağın əli eskalatorda ilişib qaldı
Bizi izləyin

Qırmızı.az

Uşağın əli eskalatorda ilişib qaldı

Ananın diqqətsizliyi az qala faciəyə səbəb olacaqdı.

Axar.az xəbər verir ki, hadisə Moskvada ticarət mərkəzlərindən birində baş verib. 3 yaşlı Kolya anası və kiçik qardaşı ilə birlikdə mağazaların birində alış-verişə gedib. Anasının məşğul olmasından istifadə edən uşaq mağazanı tərk edib.

Eskalatorun yanına gələn Kolya onunla oynamağa başlayıb. Elə bu anda onun əli eskalatorda sıxışıb qalıb. Xoşbəxtlikdən eskalator hərəkətini dayandırıb. Qışqırmağa başlayan uşağa yardıma anası və mağazanın işçiləri gəliblər. Xüsusi texnikanın köməyi ilə xilasedicilər uşağın əlini eskalatordan çıxarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm