Bakıda 2 “VAZ-2107” toqquşub: yaralı var
Bizi izləyin

Qırmızı.az

Bakıda 2 “VAZ-2107” toqquşub: yaralı var

Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib. Həsənoğlu və Təbriz küçəsinin kəsişməsində qeydə alınan hadisədə, 2 “VAZ 2107” markalı maşın toqquşub. Hadisə vaxtı Baxşızadə Gündüzə məxsus “VAZ 2107” Həsənoğlu, Hüseyn Məmmədovun idarə etdiyi eyni markalı avtomobil isə Təbriz küçəsi ilə hərəkətə olub.

Qəza nəticəsində 90-RX-597 dövlət nömrə nişanlı maşının sahibi Hüseyn Məmmədov boğaz nahiyəsidən yüngül xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra hər iki sürücü ifadələrinin alınması üçün polis orqanına aparılıb.

Hadisə yerində araşdırma aparan Nərimonov Rayon Polis İdarəsi əməkdaşlarının verdiyi məlumata görə, yol qəzası işıqforda baş verdiyindən hadisəyə hansı sürücünün səbəb olduğunu demək çətinlik yaradır. Buna görə də, ərazidə olan təhlükəsizlik kamerasının qeydə alıdığı görüntülərdən sitifadə olunacaq və yalnız bundan sonra səbəbkar sürücünün kümliyi məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm