Elza Seyidcahanın oğlu jurnalisti hədələyib: "Nalayiq ifadələr işlətdi" - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Elza Seyidcahanın oğlu jurnalisti hədələyib: "Nalayiq ifadələr işlətdi" - AÇIQLAMA

Müğənni Elza Seyidcahanın oğlu, skripka ifaçısı Ələkbər jurnalist İntiqam Valehoğluna zəng vuraraq onu hədələyib. Jurnalistin verdiyi məlumata görə, buna səbəb yanvar ayının 8-də ANS telekanalında yayımlanan “Adam içində” verilişində etdiyi çıxışdır:

“Həmin verilişdə Elza Seyidcahanla ciddi mübahisəmiz oldu. Amma efir ərzində ona qarşı heç bir təhqiramiz ifadə işlətməmişəm. Elza Seyidcahanın oğlu Ələkbər isə mənə zəng vuraraq onun şəxsi həyatını yazan jurnalistlər haqda nalayiq ifadələr işlətdi. Sonra isə məni hədələməyə başladı. Deyim ki, nəinki Ələkbərdən, heç kimdən zərrə qədər qorxum yoxdur. Amma hər ehtimala qarşı bu məsələi ictimailəşdirmək qərarına gəldim. Ələkbərlə olan söhbətimizin audioyazısı da məndədir. Ələkbərin səsini özünə xəbərdarlıq edərək yazmışam. Əgər belə hal bir daha təkrarlansa, həmin səs yazısını ərizəmlə birlikdə hüquq mühafizə orqanlarına təqdim edəcəyəm”.

Jurnalist bildirib ki, indiyə kimi əməkdar artistin oğlu ilə heç bir tanışlığı olmayıb:

“Ələkbərin adını anasına görə eşitmişəm. Sadəcə mənə maraqlı olan odur ki, bu adam verilişdən 15 gün sonra mənə zəng vurub. Danışığından da açıq-aşkar hiss olunurdu ki, verilişdəki söhbətlərdən tam xəbərdar deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm