Naxçıvanda çimərlik (FOTO)
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda çimərlik (FOTO)

İyulun 7-də Uzunoba su anbarında yeni istirahət mərkəzi – Naxçıvan Şəhər Çimərliyi istifadəyə verilib.

ANS PRESS-in məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək bu gün Naxçıvan şəhərində aparılan quruculuq işlərinin bütün sahələri əhatə etdiyini deyib. Bildirib ki, hazırda şəhərdə 5 səhiyyə, 9 mədəniyyət, 6 təhsil, 5 inzibati və 5 yaşayış obyektində tikinti və yenidənqurma işləri davam etdirilir.

Şəhər infrastrukturunun inkişafı ilə yanaşı, insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Bu gün yeni çimərliyin istifadəyə verilməsi, bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir.

Vüqar Səfərov yaradılan şəraitə görə Naxçıvan şəhər sakinləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şəhər Çimərliyinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, burada şəhər sakinlərinin və muxtar respublikaya gələn qonaqların istirahətinin səmərəli təşkil olunacağını bildirərək deyib: Ölkəmizin iqtisadi inkişafı insanların rifah halının və məişət şəraitlərinin yaxşılaşmasına səbəb olmuşdur. İqtisadi inkişaf və bununla yanaşı, sosial problemlərin həlli, həm də insanların istirahətlərinin səmərəli təşkilinə ictimai tələbatı artıb. Bu baxımdan yeni istirahət mərkəzlərinin yaradılması zərurətə çevrilib.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada insanların yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Tikinti materiallarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, avtomobillərin kredit yolu ilə satışının təşkil edilməsi insanların mənzil və avtomobil təminatına hərtərəfli şərait yaradıb. Son illər Naxçıvan şəhərinin ətrafında yaradılan istirahət mərkəzləri isə sakinlərin və gələn qonaqların asudə vaxtlarının səmərəli təşkilinə imkan verir. Bu gün istifadəyə verilən yeni çimərlik də yay istirahət zonası kimi şəhər sakinlərinin və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlamlıqlarının qorunmasına xidmət edəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm