Bakıda 10 milyonluq 3 villa dağıdıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda 10 milyonluq 3 villa dağıdıldı - FOTOLAR

Bakının zənginlər məhəlləsində sakinlərin narahatlığına səbəb olan ilginc hadisə baş verib.


AzNews.az-ın məlumatına görə, artıq bir neçə gündür ki, heç kimə açıqlama verilmədən Bakının Atatürk prospekti 114 ünvanında, daha dəqiqi Ayna Sultanova parkının yaxınlığında yerləşən villalardan 3-ü sökülməyə başlayıb. Söküntü zamanı villaların inşasında istifadə edilən bahalı tikinti materialları, o cümlədən mərmər üzlüklər, dam örtüyü və sair yararsız vəziyyətə salınıb. Ətrafda yaşayan və dəbdəbəli mülk sahiblərini təşvişə salan da məhz bu məqam olub. Ətrafdakı digər malikanə sahibləri söküntünün onlara da çatacağından narahatlıq keçiriblər və müxtəlif instansiyalara baş vurublar.


AzNews.az-ın hadisə yerində olan əməkdaşı isə məsələni araşdırıb. Bu zaman bəlli olub ki, ümumi dəyəri 10 milyon manat olan hər 3 villanı eyni adam alaraq, orada daha iri, dəbdəbəli tikinti işinə başlayacaq.


Xatırladaq ki, sökülən bu villalar da həmin ərazidə ən dəbdəbəli tikililərdən sayılırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm