Nazirlikdən zəhərli heyvanların sancma halları ilə bağlı Açıqlama
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən zəhərli heyvanların sancma halları ilə bağlı Açıqlama

Müdafiə Nazirliyi havaların isti keçməsi və ümumilikdə yay fəsli girdikdən sonra hərbi qulluqçular arasında günvurma və zəhərli heyvanların sancma halları ilə bağlı AzNews.az-ın sorğusunu cavablandırıb.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, indiyədək qurumun tibb məntəqələri və müəssisələrinə istilik və günvurma, ilan vurması və zəhərli həşaratların sancması halları ilə bağlı müraciətlər daxil olmayıb.


Qeyd edək ki, bu ilin mayın 19-dan havaların temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müvafiq əmrə əsasən, hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb. Əmrə əsasən, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin isti və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm