TQDK iş nömrəsini unudan abituriyentlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK iş nömrəsini unudan abituriyentlərə müraciət etdi

İş nömrəsini və şifrəni unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən “Elektron ərizə vermək üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifrəni unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

“Elektron ərizə vermək üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm