İldırım dövlət qoruğunda yanğına səbəb olub
Bizi izləyin

Qırmızı.az

İldırım dövlət qoruğunda yanğına səbəb olub

İyulun 7-də saat 17 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Yanğının qarşısının alınması üçün dərhal ETSN-nin yerli qurumlarının, Ağdaş və Qəbələ FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 20:00 radələrində tam olaraq söndürülüb. Qeyd edək ki, qoruğun yanğın baş verən ərazisində meşə sahəsi yoxdur. Yanğın dağlıq ərazidə baş verib.

İlkin ehtimala görə, yanğın ildırım vurması nəticəsində baş verib. Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən Qoruğun 2 hektar ərazisindəki quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm