Avtomobildən narkotik tapıldı
Bizi izləyin

Qırmızı.az

Avtomobildən narkotik tapıldı

Sumqayıt Rayon Polis İdarəsinin əməkdaşları Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Rəfayel Əhmədovu saxlayıblar.

Polis İdarəsindən Publika.az-a bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rəfael Əhmədova məxsus “Mercedes” markalı avtomobildən 301,79 qram narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.

Onun qeydiyyatda olduğu Salyan rayonu Kərimbəyli kəndindəki mənzilə də baxış keçirilib. Evdən 301,35 qram tiryək aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm