Nazirliyin "Qaynar xətt"inə müraciətlər 1,5 dəfə azalıb
Bizi izləyin

Qırmızı.az

Nazirliyin "Qaynar xətt"inə müraciətlər 1,5 dəfə azalıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə nazirliyin 142 -"Qaynar Xətt"inə edilən müraciətlərin sayı cari ilin 6 ayı ərzində azalmaqda davam edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, qeyd olunan müddətdə ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı əlillik təyinatı və reabilitasiya məsələləri üzrə 2,9 dəfə azalaraq 252-yə, əmək hüquqlarının təminatı sahəsi ilə bağlı 2,3 dəfə azalaraq 99-a enib. "Qaynar Xətt"ə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 2372 müraciət daxil olub ki, bu da qeyd olunan dövrlə müqayisədə 1,3 dəfə azdır. Məşğulluq məsələlərinə dair müraciətlərin sayı isə 2 dəfəyə yaxın azalaraq 93-ə enib.

Ümumilikdə 142 -"Qaynar Xətt"ə 2816, yəni ötən ilin ilk yarımili ilə müqayisədə 1,5 dəfə az müraciət daxil olub ki, həmin müraciətlərin əksər qismi nazirliyin fəaliyyət sahələrində aparılan islahatlarla əlaqədar sorğu xarakteri daşıyıb. Hər bir müraciət nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən cavablandırılıb. Şikayət məzmunlu müraciətlər isə obyektiv şəkildə araşdırılaraq konkret tədbirlər görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm