Ceyms Apaturay: “Azərbaycan NATO üçün çox böyük işlər görür”
Bizi izləyin

Qırmızı.az

Ceyms Apaturay: “Azərbaycan NATO üçün çox böyük işlər görür”

"NATO ilə Azərbaycanla birgə həyata keçiriləcək bir neçə proqramlar var ki, hazırda onlar təsdiq ərəfəsindədir".

Publika.az-ın məlumatına görə, bunu NATO Baş katibinin Qafqaz və mərkəzi Asiya üzrə Xüsusi nümayəndəsi Ceyms Apaturay Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ANAMA ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasimdə bildirib.

Onun sözlərinə görə, NATO uzaq ölkələrdə də vacib işlər görür: "Belə layihələrdən biri də Azərbaycanla tərəfdaşlıq çərçivəsində reallaşır. NATO bununla öz tərəfdaşlığını nümayiş etdirir".

C.Apaturay qeyd edib ki, Azərbaycan NATO üçün çox böyük işlər görür: "Biz bunu qiymətləndiririk. Biz də NATO olaraq Azərbaycana öz töhfəmizi vermək istəyirik.

Azərbaycanın Əfqanıstana çox kömək edir. Ümumiyyətlə Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq davam edir. Bu da NATO ilə Azərbaycan arasında yaxşı tərəfdaşlığın bariz nümunəsidir".

NATO nümayəndəsi bildirib ki, İSAF çərçivəsində Əfqanıstana dair yekun forum keçiriləcək: "Həmin foruma Azərbaycan Prezidenti İlham əliyev də dəvət olunacaq".

O qeyd edib ki, bu, yeni platforma olacaq: "Yeni platformaya bir çox ölkələri də dəvət edəcəyik. Yəni bu sıx forum olacaq. Əfqanıstanla bağlı Azərbaycanla yeni platforma çərçivəsində də əməkdaşlığın davam etdirilməsi barədə qərar vermişik".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm