Şıx çimərliyində dəhşət
Bizi izləyin

Qırmızı.az

Şıx çimərliyində dəhşət

Bakının Səbail rayonu ərazisində, Şıx çimərliyində naməlum kişi meyiti tapılıb.


Rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, təxmini yaşı 50-55 olan kişi meyiti tanınmaz halda olub. Onu dənizdə çimənlər tapıblar.


Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı müəyyən olub ki, meyitin belində iplə bağlanan daş olub. Ehtimal olunur ki, həmin şəxs özünü öldürmək üçün bu üsuldan istifadə edib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm