• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Leysan Daşkəsən yolunda hərəkəti məhdudlaşdırdı

Leysan Daşkəsən yolunda hərəkəti məhdudlaşdırdı

Dünən axşam saat 20:00-dan sonra Daskəsən rayonu ərazisində güclü leysan yağıb. Nəticədə, Daşkəsən-Xoşbulaq avtomobil yolunda hərəkət çətinləşib, Daşkəsən-Dəstəxur istiqamətindəki yolda hərəkət məhdudlaşıb. Bu barədə Publika.az-a Daşkəsən Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev məlumat verib.

Onun sözlərinə görə, leysan əsasən yol təsərrüfatına ciddi ziyan vurub:

“Bəzi yerlərdə sel suları yolun çiyinlərini, keçidləri sıradan çıxarıb. Axşam yol istismar idarəsinin işçiləri tərəfindən Daşkəsən–Xoşbulaq yolunda hərəkət tam bərpa edilib. Hazırda Mollahəsənli, Dəstəxur istiqamətində hərəkətin bərpası, dəymiş ziyanın aradan qaldırılması üçün iş aparır”.

C.Qocayev bildirib ki, leysan dolu ilə müşahidə olunsa da, bu kənd təsərrüfatına ciddi ziyan vurmayıb. Çünki dolunun ölçüsü kiçik olub, leysanla birlikdə yağdığından təsiri az olub.

“Ötən gün yağan leysan ötən ay yağış nəticəsində dəymiş ziyanın həcmini artırıb. Çünki əvvəlki leysan nəticəsində evlərə dəymiş ziyan hələ tam aradan qaldırılmamışdı. Bundan başqa, leysan 6 yaşayış məntəqəsini elektrik enerjisinin verilməsində məhdudiyyətə səbəb olub. Hazırda bu problemin aradan qaldırılması istiqamətində işlər başa çatdırılır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR