TQDK keçid ballarını açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK keçid ballarını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2005-2013-cü illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilmiş müsabiqələr nəticəsində ixtisaslar üzrə formalaşmış keçid ballarını Komissiyanın internet saytında yerləşdirib. Bu barədə Publika.az-a TQDK-nın mətbat xidmətindən məlumat verilib.

Keçid balları abituriyentlərə ixtisas seçimi zamanı düzgün istiqamət götürməyə, həmçinin ali təhsil müəssisələrində tələbə köçürmələri zamanı bu funksiyanı həyata keçirən qurumlara iddia olunan ixtisasların müvafiq ildə keçid balları ilə tanış olmağa kömək edə bilər. Hər tədris ili üzrə keçid balları http://tqdk.gov.az/exam/bachelor/minimal-bal/ ünvanında təqdim olunub.

Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas kodunu öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm