Müştəri mağazaya basqın etdi
Bizi izləyin

Qırmızı.az

Müştəri mağazaya basqın etdi

Sumqayıt şəhərində məişət əşyaları mağazasına basqın olub.

Bu barədə məlumatı Publika.az-a Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Bölməsindən veriblər.

Məlumata görə, hadisə şəhərin 13-cü mikrorayonu ərazisində baş verib. Mağazadan oğurluq edən Elvin Abışov artıq saxlanılıb.

O, istintaqa ifadəsində əməlini etiraf edərək bildirib ki, məişət əşyaları mağazasına alıcı qısmində daxil olub, əvvəlcə məişət əşyalarına baxıb. Sonra da mağaza sahibinə bıçaqla hədə-qorxu gəlib. Niyyətini həyata keçirən Elvin Abışov mağaza sahibinin gözləri qarşısında oradan 1 ədəd planşet götürərək aradan çıxıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm