Аna iki övladı ilə birlikdə bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Аna iki övladı ilə birlikdə bıçaqlandı

Mingəçevir şəhərində ana və 2 övladının xəsarət alması ilə bağlı bıçaqlanma hadisəsi olub.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, 25 yaşlı Zaur Rəsulov həmyaşıdı Elnur Əzimovla 24 yaşlı Fərid və 23 yaşlı Cavid Hasilov qardaşlarını, eyni zamanda, onların 47 yaşlı anası Amalya Hasilovanı biçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Yaralılardan 4-ü də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən onların vəziyyəti kafi qiymətləndirilir. Hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur.

Cinayəti törədən 25 yaşlı Zaur Rəsulov qaçıb gizlənib, onun axtarışları polis tərəfindən davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm