13 il həbsdə yatan kişi arvadını bıçaqladı
Bizi izləyin

Qırmızı.az

13 il həbsdə yatan kişi arvadını bıçaqladı

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini 44 yaşlı Əli Əliyev həyat yoldaşı 33 yaşlı Roza Fərhadovanı bıçaqlayaraq ona ağır dərəcəli bədən xəsarətləri yetirib.

Qadın ağır xəsarətlərlə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də vəziyyəti ağır olduğundan Mingəçevir Klininki Mərəzi Xəstəxanaya yerləşdirilib. Xəstəxanadan Publika.az-a verilən məlumata görə, hadisənin qısqancıq üstündə törədildiyi ehtimal olunur.



Ağdaş Rayon Polis Şöbəsndən faktı təsdiqləyblər və cinayətdə günahlandırılan Əli Əliyevin adamöldürdüyünə görə əvvəllər 13 il məhkumluq həyatı yaşadığını bildiriblər.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm