Qırmızı.az
Göygöldə sel 72 yaşlı kişinin ölümünə səbəb oldu
Göygöl rayonunda dağlara yağan güclü leysan bir nəfərin həyatına son qoyub.
Göygöl rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyevin Publika.az-a verdiyi xəbərə görə, rayonun dağlıq ərazisinə yağan güclü leysan Gəncə çayında suyun səviyyəsini artırıb.
Nəticədə, çayın Zurnabad kəndi istiqamətində olan keçidini su aparıb. Sel suları çay kənarındakı yeməkxanaya dolub. Həmin yeməkxanada mühafizəçi işləyən Topalhəsənli kənd sakini, 1942-ci il təvəllüdlü Hidayət Cəfərov boğularaq ölüb.
Bundan başqa, rayonun 6 yaşayış məntəqəsinə gedən elektrik dirəkləri aşıb və kəndlər enerjisiz qalıb. Həmçinin rayonun kənd təsərrüfatı və yol infrastrukturuna ciddi ziyan dəyib. T.Əliyev hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü bildirib.
Gülxar
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi