Qaxda yol qəzası baş verib
Bizi izləyin

Qırmızı.az

Qaxda yol qəzası baş verib

Bu gün axşam saat 23: 00 radələrində Qax-Qorağan yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində yol qəza hadisəsi baş verib.

Bu gün axşam saat 23: 00 radələrində Qax-Qorağan yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində yol qəza hadisəsi baş verib.

Zaqatala rayonu Əliabad qəsəbə sakini 1979-cu il təvəllüdlü Məmmədov Natiq Təmraz oğlu idarə etdiyi Mercedes markalı avtomobillə Zaqatala rayon istiqamətində olarkən idarəetməni itirərək avtomobili yolun kənarindaki qoz ağacına çırpıb.

Sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər, 1956-cı il təvəllüdlü Ulxanov Qurban Hüseyn oğlu, onun oğlu 1989-cu il təvəllüdlü Ulxanov Camal Qurban oğlu və digər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, xəsarət alanlar səhər saatlarında Dağıstan Respublikasının Mahaçqala şəhərindən Zaqatalaya gəlirmişlər. Sürücünun sözlərinə görə, avtomobilin qabağına at çıxıb.

Hadisə ilə bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm