Nicat Dağlar müayinələrdən keçmək üçün Almaniyaya gedir
Bizi izləyin

Qırmızı.az

Nicat Dağlar müayinələrdən keçmək üçün Almaniyaya gedir

Leykoz xəstəliyindən müalicə olunan jurnalsit Nicat Dağlar bu gün yenidən Almaniyaya yola düşür.

Jurnalist 1 illik müalicənin yekunu olaraq müayinələrdən keçməlidir. Özünü yaxşı hiss etdiyini və müalicəsinin müsbət nəticə verdiyini deyən həmkarımız bu dəfəki müayinə prosesinin daha əhatəli olacağını deyib: “Müalicəmin nəticəsi ürəkaçandır. Bu dəfə ötən 1 il ərzində keçdiyim müalicə prosesinin nəticəsi müəyyənləşdiriləcək və daha dərin müayinlər aparılacaq. Ümid edirəm ki, müayinələr bu dəfə də arzuladığımız nəticəni verəcək. Şükür Allaha ki, özümü yaxşı hiss edirəm və artıq bir müddətdir ki, normal iş fəaliyyətimi də bərpa etmişəm”.

Xatırladaq ki, N.Dağların müalicəsi prezident İlham Əliyevin göstərişi ilə dövlət hesabına aparılır. Həmkarımız ilk dəfə Almaniyaya ötən ilin iyun aynda yollanmışdı. O, bu müddət ərzində üç dəfə Almaniyada olub, Bad Vildungen şəhərinin Hemotologiya Klinikasında müalicə və müayinə prosedurlarından keçib.

N.Dağlar davamlı dəstəyə görə prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm