• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qılman İlkinin 100 illik yubileyi keçiriləcək

Qılman İlkinin 100 illik yubileyi keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərini nəzərə alaraq xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2014-cü ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı Qılman İlkinin (Qılman İsabala oğlu Musayevin) anadan olmasının 100 illiyi tamam olur.

Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli səmərəli fəaliyyət göstərmiş və zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr vermişdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR