Əvvəlcə özünü, sonra həyat yoldaşını güllələdi
Bizi izləyin

Qırmızı.az

Əvvəlcə özünü, sonra həyat yoldaşını güllələdi

Şəmkirdə dəhşətli qətl və ardından intihar hadisəsi yaşanıb.

Publika.az-ın verdiyi məlumata görə, bu gün saat 16:00 radələrində Şəmkirin Aşağı Seyfəli kəndində kənd sakini 33 yaşlı Seyfəddin Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı 28 yaşlı Bəsti Zeynalovanı odlu silahla güllələyib. Daha sonra S.Qarayev həmin silahla özünə atəş açıb.

B.Zeynalova aldığı güllə yarasından sonra hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı S.Qarayev yaxınlarının köməkliyi ilə dərhal Şəmkir rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm