Ermənilərin törətdiyi terrordan 22 il ötür
Bizi izləyin

Qırmızı.az

Ermənilərin törətdiyi terrordan 22 il ötür

Erməni silahlılarının Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 22 il ötür.

Erməni silahlılarının Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 22 il ötür.

1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı "Mİ-8" mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub.

Terror hadisəsi Şuşanın Xəlfəli kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü olmaqla, 44 nəfər dünyasını dəyişib.

Bundan əvvəl isə 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm