Orucluqda hansı içkilər susamağa qoymur?
Bizi izləyin

Qırmızı.az

Orucluqda hansı içkilər susamağa qoymur?

Ramazan ayında sərinləşdirici içkilər... Bu il Ramazan ayını rahat keçirmək üçün çoxlu maye qəbul etmək vacibdir. Bəs hansı içkiləri və nə qədər qəbul etmək olar?

Təzə sıxılmış meyvə suyu: Ramazan ayında maye ehtiyacını təzə sıxılmış meyvə suları ilə ödəyə bilərsiniz. Gündə yarım və ya 1 stəkan meyvə suyu içilə bilər. Meyvə suyunun təzə olmasına və tərkibində şəkər olmamasına diqqət edin.

Təbii qazlı su: Suyu təbii qazlı su ilə əvəz edə bilərsiniz. Ramazan ayında gündə 1 butulka qazlı su içə bilərsiniz. Lakin mədə xəstəliklərindən əziyyət çəkənlərə qazlı su içmək tövsiyə olunmur. Qazlı suyu acqarına içmək olmaz.

Ayran: Ayran Ramazan ayının ən sağlam içkisidir. Aclıqdan dolayı aşağı düşən təzyiqi normaya salmaq üçün ayranın içinə azca duz əlavə edə bilərsiniz.

Çay: Antioksidant özəlliyi olan çayın bu özəlliyini itirməməsi üçün onu 5-7 dəqiqə dəmləmək lazımdır. Çay iftardan sonra dəmiri yuyub apardığından dolayı içmək tövsiyə edilmir. Yeməkdən 50 dəqiqə sonra açıq və limonlu çay içə bilərsiniz. 4-5 stəkandan artıq olmaz.

Qəhvə: Ramazan ayında gündə 1 stəkan qəhvə günlük kofein ehtiyacını ödəyir. Yay aylarında açıq qəhvə içmək daha doğru olar.

Su: Həyat mənbəyi olan suyu gündə ən az 7 stəkan içmək lazımdır. Əgər iftarda su içmək ürəyinizi bulandırırsa, içinə meyvə dilimləri ata bilərsiniz.

Oruc tutanlar daha çox çətinlik çəkməməsi üçün bədəni sərinlədən qidalara üstünlük verməlidirlər. Bəzi qidalar var ki, onlar susuzluğu aradan qaldırır.

Süd: İmsaka duranda bir stəkan ilıq süd içmək gün ərzində susamağa qoymur. Gün ərzində sizi gümrah saxladığı üçün orucu rahat tuta biləcəksiniz.

Şaftalı kompotu: Şaftalını suda qaynatdıqdan sonra suyunu süzün. İçinə çox az şəkər əlavə edin. Daha sonra soyuducuda saxlayın. Şaftalı suyu mədə və bağırsaqlara yaxşı təsir etdiyi kimi susamağa da qoymur.

Pomidor suyu: Pomidor suyu da susamağa qoymayan qidalar arasında gəlir. Tərkibində maqnezium, lif, kalium və kalsium var.

Kefir: Kefiri hazırladıqdan sonra soyuducuya qoyun. Kefir həm gün ərzində tox saxlayır, həm də susamağa qoymur.

Xurma: Tərkibindəki maqnezium, kalium və dəmir orqanizmi enerji ilə təmir edir. Gün ərzində susamağa qoymur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm