Qırmızı.az
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində 10 TG 002 nömrə nişanlı 202 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə “Opel” markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da “Opel” markalı avtomaşın deformasiyaya uğrayıb.
Hadisə yerinə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Yol polisinin dediyinə görə hadisə minik avtomobilinin avtobusun yoluna çıxması nəticəsində baş verib.
“İkinci dərəcəli yoldan baş yola çıxarkən düzünə hərəkətdə olan nəqliyyat vasitələrini gözləməyən “Opel” yol nəqliyyat qaydalarını pozub. Avtobusda sərnişin olmayıb” – deyə Yol polisi Pərviz Allahverdiyev bildirib.
Avtoqəzanın dəqiq hansı şəraitdə baş verməsi isə təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. /Anspress/
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır