Erməni harsının Azərbaycandakı doğum evində 45 il sürən gizli terroru
Bizi izləyin

Qırmızı.az

Erməni harsının Azərbaycandakı doğum evində 45 il sürən gizli terroru

Körpə qatili! – Bəli, bu adıyaman “status” kim(lər)ə yaraşarsa... söhbət də on(lar)dan gedir. – Erməni xüsusi xidmət orqanlarının göştərişi ilə Azərbaycanda (Sovet dövründə) doğum evində həyata keçirilən aktdan söhbət gedir... Erməni terrorçulardan biri, nə az, nə çox düz 45 il Azərbaycanın Tovuz rayonunda belə bir “baş rol” ifa etmişdi... Necə?!. – Mən deyim Sizə, inanmayacaq dərəcədə şaşıracaqsız, bəlkə də...

...On illərdir ki, üzümüzə gülə-gülə necə hiylələrlə etibar qazanaraq, süfrəmizin başında oturtduğumuz, bəzən boğazımızdan belə kəsib yedirtdiyimiz həmin ermənilər necə evlər yıxıblar, ailələr dağıdıblar, gözlər yaşlı qoyublar...

Adam olan kəs də, bu qədər qəddar, qansız olarmı!? – Körpə qatili! – Minlərlə yeni doğulmuş Azərbaycan uşağını, göbəyinə zəhərli maddə sürtərək “sepsis” uşaq xəstəliyi adı altında qətlə yetirirlərmiş..! Uşaqlar doğulduqdan sonra cəmi bir ay yaşaya bilirmiş. Bəli, ermənilər Azərbaycanın əksər rayonlarında bu amansız terroru həyata keçiriblər. Biz ancaq birini ifşa etdik, o da bizə çox baha başa gəldi. O DOVRDƏ ERMƏNİLƏRƏ QARŞI BİR HAQLI SÖZ SÖYLƏMƏKLƏ... az qala “vətən xaini” çıxacaqdıq!..

1941-ci ildə almanlar Azərbaycandan sürgün ediləndən sonra erməni xüsusi xidmət orqanları alman evlərinin bir çoxuna erməniləri yerləşdirirlər ki, öz çirkin terror aktlarını həyata keçirsinlər... Bu terrorçulardan biri, nə az, nə çox düz 45 il Tovuz rayonunda yerləşən doğum evində tibb bacısı işləmiş Tamara Adamova, əslində isə, soyadıAdamyan olan bir erməni qadın olub. 1990-cı ildə o, İrəvana köçəndə deyib ki, “mən türklərdən qisasımızı aldım. Saysız-hesabsız oğlan usağı öldürdüm... Mən Ermənistanın xüsusi xidmət orqanlarının mənə verdiyi gizıi tapşırığı yerinə yetirmişəm. Mənə “Ermənistanın milli qəhramanı” adı verilməlidir”.

1945-ci ildən 1990-cı ilədək Azərbaycandakı doğum evində tibb bacısı işləmiş T.Adamyan 17 yaşında Qazaxda Tibb Texnikumunu bitirib. Daha sonra Tovuzda doğum evində tibb bacısı işinə düzəlib. Onun oğlu Vitalik isə xəstəxanada çilingər yoldaşı isə avtobazada sürücü işləyib.

O vaxtkı statistikaya baxsanız, görərsiniz ki, təzəcə dünyaya göz açan uşaqların əksəriyyəti göbək xəstəliyindən ölüb, qəribəsi, daha acınacaqlısı və müəmmalısı odur ki, təkcə oğlan uşaqlarını bu xəstəliyin pəncəsindən qurtarmaq mümkün olmayıb. Niyə məhz oğlan uşaqlarını və niyə məhz Azərbaycan-türk balalarını (örnəyi, Tovuzda məskunlaşmış ermənilərin uşaqlarını yox?!.)?!
Bu “xəstəlik” Azərbaycanın əksər rayonlarında baş verirdi, harda ki, erməni millətindən olan həkimlər və ya tibb bacıları işləyirdi..! Bu xəstəliyi o dovrdə Tovuzda pambıqçılıqla bağlayırdılar... Əhalinin bir hissəsi pambıq tarlalarında işləyir, tarlalarda dərmanlardan çox istifadə olunur, hətta uçaqlardan belə, pambıq sahələrinə dərman səpilirdi. 1956-cı ildə rayonda Nazirlər Kabinetinin qərarı ilə pambıqçılığı ləğv edərək, üzümçülüyə keçdilər... Amma bilmirdilər ki, kənd təsərrüfatında təmaül dəyişsə də, doğum evində terrorçu erməni qadın işləyir və o öz işindədir..!

...Buna bənzər hadisə, bəlkə də hadisələr, Sumqayıt şəhərində də baş vermişdir. Təəssüf ki, biz Sumqayıtda yaşamış tibb bacısını tam öyrənə bilməmişik... Amma orada vaxtı ilə fəaliyyət göstərmiş erməni təşkilatının erməni əsilli tibb bacısını azərbaycanlı adı altında işlətdiyindən xəbərdarıq.

Bilirsiz, düşmənin düşmənliyini uzun illər gizlətmək, maskalamaq xüsusiyyətini açdıqca, neçə-neçə başqa faktların üzə çıxacağına inanıram...
Ermənilərin çirkin və maskalı üzlərinə (üzsüzlüklərinə!) həqiqətləri çırpmalı, onlara haqq etdikləri, layiq olduqları sözləri deməli, hərəkətləri etməliyik!

Babalarmız, atalarımız və biz edən yanlışlıqları gənc nəsil etməməlidir! Bugünün sabahı var!

Modern.az

Cəlaləddin Qasımov,
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,
yazıçı-publisist, polis mayoru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm