Əsgərlərimiz təlimdə yaralandı
Bizi izləyin

Qırmızı.az

Əsgərlərimiz təlimdə yaralandı

Qumbara ilə ehtiyatsız davranma Azərbaycan Ordusunun üç əsgərinin xəsarət alması ilə nəticələnib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 8-də keçirilən təlimlər zamanı qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.

İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm