Metroda qatarlar gecikdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Metroda qatarlar gecikdi - FOTO

Bu gün səhər saatlarında metroda qatarların hərəkətində gecikmə olub. Metropolitenin “Memar Əcəmi” stansiyasında sərnişinlər 10 dəqiqəyə qədər qatar gözləməli olublar.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, metronun hərəkət xəttində heç bir problem baş verməyib:

“Metropolitendə qatarlar və ya digər sahələrdə hər hansı nasazlıq, problem qeydə alınmayıb. İnterval 6 dəqiqəyə qədərdir. İnterval həddinin aşılması müxtəlif səbəblərlə bağlı ola bilər. Sərnişinlərin qapıları bir neçə saniyə saxlamaları belə intervala təsir edir. Amma bu gün baş verən gecikmə Metropolitendəki hər hansı problemlə əlaqədar deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm