• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dəmiryolçular Xəstəxanasını yoxlayırlar

Dəmiryolçular Xəstəxanasını yoxlayırlar

Hesablama Palatasının auditorları Arif Əsgərovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıblar.

Təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb. Bu barədə “Yeni Müsavat”a QSC-dəki mənbə xəbər verib.

Mənbənin bildirdiyinə görə, QSC-nin tibb xidmətində yoxlama bir neçə ay davam edib və ciddi maliyyə pozuntuları aşkarlanıb. Məlum olub ki, dəmir yolunun gəlirlərinin bir qismi tibb xidməti vasitəsilə silinir. Bu vəsaitlər hesabına QSC-nin tibb müəssisələrində guya “əsaslı təmir” aparılıb və müasir avadanlıqlar “alınıb”. Bir sözlə, olmayan xidmətlərə, alınmayan mallara görə milyonlar silinib.

Məsələn, Hesablama Palatasının auditorları müəyyən ediblər ki, xəstələr üçün alınan çəkələklər hamını şoka salacaq bir qiymətə - 33 manata rəsmiləşdirilib. Hansı ki həmin çəkələklərin bazar qiyməti 1 manatdan çox deyil. Xəstəxanada uşaq şöbəsi olmadığına baxmayaraq, uşaqlar üçün böyük partiyalarla pijamalar alınıb və silinib.

Hesablama Palatasının yoxlamaları 15 günə yaxındır davam edir və kifayət qədər şişirdilmiş qiymətlərlə aşkarlanıb. Qəzet iddia edir ki, sonda rəhbərlik vəziyyətdən çıxış yolu kimi Hesablama Palatasının auditorlarını “yola salmaq” üçün həkim və tibb işçilərindən pul yığımına göstəriş verib. İşçilərdən 500 manatdan 3 min manatadək “təzminat” yığılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR