Ruhi xəstə kişi arvadını güllələdi – TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Ruhi xəstə kişi arvadını güllələdi – TƏFƏRRÜAT

Şəmkir rayonunun Seyfəli Kənd sakini 33 yaşlı Seyfəddin Qarayev həyat yoldaşı 28 yaşlı Bəsti Zeynalovanı odlu silahla güllələyib.

Şəmkir rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, kişi sonra da həmin silahla özünə atəş açıb. Bəsti Zeynalova da, Seyfəddin Qarayev də aldıqları güllə yarasından dünyasını dəyişiblər.

Hadisə yerinə gələn polis və prokurorluq orqanları əməkdaşları araşdırmaya başlayarkən müəyyən ediblər ki, həyat yoldaşını və özünü öldürən Seyfəddin Qarayev ruhi xəstə olub.

Məlumata görə, Bəsti Zeynalova Seyfəddin Qarayevin 4-cü qeyri-rəsmi həyat yoldaşı olub. Bir neçə dəfə qeyri-rəsmi şəkildə ailə qurub boşanan Seyfəddin Qarayev hadisəni qısqanclıq zəminində törədib.

Cinayətdə istifadə olunan ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm