ADA “Açıq qapı” günləri keçirir
Bizi izləyin

Qırmızı.az

ADA “Açıq qapı” günləri keçirir

Azərbaycan Diplomatik Akademiyası Universiteti (ADA) abituriyentləri və valideynləri “Açıq Qapı” günlərinə dəvət edir. Publika.az-ın məlumatına görə, iyulun 14, 15-də I ixtisas qrupu üzrə, 21, 22 iyulda II, III ixtisas qrupları üzrə “Açıq qapı” günləri təşkil ediləcək. İştirak etmək istəyən abituriyentlər qeyd olunan günlərdə saat 11:00-dan, 12:30-dək universitetə gələ bilərlər.

“Açıq Qapı” günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, ADA-da çalışan professor heyətinə maraqlandıran suallarını ünvanlaya biləcəklər. Məlumat sessiyasından sonra isə iştirakçılar ADA-nın Kampusu ilə tanış olacaqlar.

ADA-ya gələrkən şəxsiyyət vəsiqəsını təqdim etmək mütləqdir.

Qeyd edək ki, ADA I ixtisas qrupu üzrə-kompüterelmləri, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, II ixtisas qrupu üzrə- beynəlxalq münasibətlər, iqtisadiyyat , biznes inidarə edilməsi,
III ixtisas qrupu üzrə-dövlət və ictimai münasibətlər bakalavr proqramları üzrə qəbul elan edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm