• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Polşalı rektor Bakı Ali Neft Məktəbində olub - FOTOLAR

Polşalı rektor Bakı Ali Neft Məktəbində olub - FOTOLAR

Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımovun dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan Polşa Respublikasının AGH (Krakov) Elm və Texnologiya Universitetinin rektoru, Polşa Ali Təhsil-Biznes Forumunun prezidenti, professor Tadeuş Slomkanın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Bakı Ali Neft Məktəbində olmuş və bir sıra işgüzar görüşlər keçirmişdirlər.

Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən E.Qasımov Azərbaycan ilə Polşa arasında olan əlaqələrin böyük tarixə malik olduğunu, hələ XIX əsrin sonlarından polşalı mütəxəssislərin Bakıda müxtəlif sahələrdə fəaliyyət göstərdiklərini xatırlatmış, məşhur polşalı mühəndis Pavel Pototskinin Bibi-Heybət ərazisinin bir hissəsinin torpaqlanmasında və orada dəniz neftinin hasilatı üçün imkanlar yaradılmasında müstəsna rol oynadığını vurğulamışdır. Rektor E.Qasımov polşalı memarların yaradıcılığının məhsulu olan çoxsaylı binaların Bakıda memarlıq abidələri kimi qorunub saxlanıldığını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Polşa əlaqələrinin tarixinə, onların müasir şəraitdə inkişafına xüsusi diqqət göstərməsi sayəsində müstəqil Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini qeyd etmişdir.

AGH (Krakov) Elm və Texnologiya Universitetinin rektoru Tadeuş Slomka Azərbaycanda və Bakı Ali Neft Məktəbində olmalarından məmnunluq hissləri keçirdiyini, Bakıda polşalı mütəxəssislərin fəaliyyətinə yüksək qiymət verildiyinə görə minnətdarlığını bildirmiş, Polşanın məşhur ali təhsil ocaqlarından birinin rəhbəri kimi hər iki ölkənin təhsil mərkəzləri ilə əməkdaşlığın inkişafına hərtərəfli dəstək verməyə hazır olduqlarını qeyd etmişdir.

Görüş çərçivəsində Elmar Qasımov və professor Tadeuş Slomka ilə hər iki ali təhsil müəssisəsi arasında “Anlaşma Memorandumu” imzalanmışdır. Sənəddə tələbə və müxtəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması, elmi forumların təşkili, informasiya resurslarının mübadiləsi və s. kimi məsələlər üzrə fəaliyyət nəzərdə tutulmuşdur.

Görüşün sonunda professor Tadeuş Slomkaya Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilmişdir.

Səfər çərçivəsində qonaqlar üçün Bakının tarixi yerlərinə səfərlər təşkil olunmuşdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR