Bakıda gizli qumarxana tapıldı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Bakıda gizli qumarxana tapıldı (FOTO)

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda fəaliyyət göstərən qumarxana fəaliyyətinin qarşısını alıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu istiqamətdə keçirilən növbəti əməliyyat axtarış tədbirləri nəticəsində Səbayel rayon Bayıl qəsəbəsində yerləşən kafedə "poker" kart oyunları təşkil olunması müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, obyekti Səbayel rayon sakini, 31 yaşlı Elşad Kərimov kirayəyə götürüb və qumar oyunları təşkil edib. Elşad Kərimov tanışı, 52 yaşlı Mahir Əsədovu da ətrafına cəlb edərək qumar oyunlarına nəzarət etməyi ona tapşırıb. Hər gün axşam saatlarından başlayan qumar oyunları gecə saatlarınadək davam edib və uduşdan əldə edilən pulların bir hissəsi obyekt sahiblərinə çatıb.

Qumarxanaya baxış zamanı oyun kartları və qumar oyunlarına qoyulmuş külli miqdarda pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb. Qumar oyunlarında iştirak edən şəxslər, eləcə də oyunların təşkilatçılığında təqsirli bilinən 2 nəfər barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm