“Ulu öndər hər zaman ona böyük etimad göstərirdi”
Bizi izləyin

Qırmızı.az

“Ulu öndər hər zaman ona böyük etimad göstərirdi”

Bu gün Bakıda “Kempinski” otelində hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralovun 80 illik yubileyinə həsr olunan mərasim başlayıb.

Publika.az-ın məlumatına görə, tədbirdə YAP-ın funksionerləri, Milli Məclisin deputatları, hökumət üzvləri, Baş Prokurorluğun əməkdaşları və digər şəxslər iştirak edirlər.

Tədbirdə çıxış edən YAP sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov Zahid Qaralovun partiyanın yaranmasında və inkişafındakı xidmətlərindən danışıb.

Ə.Əhmədov deyib: “Ulu öndər Heydər Əliyev də hər zaman ona böyük etimad göstərirdi. Zahid müəllim parlamentdə işlədiyi dövrlərdə bələdiyyələrlə bağlı qanunların hazırlanmasına, elm və təhsilin inkişafına öz töhfələrini verib”.

Hazırda tədbir davam edir...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm