18 yaşlı gənc peşman deyil
Bizi izləyin

Qırmızı.az

18 yaşlı gənc peşman deyil

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi olub.

Bu barədə Nərimanov Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, 18 yaşlı Şərur rayon sakini Vüsal Əliyev şəxsi münaqişə zəminində 20 yaşlı tanışı Zahir Hüseynovu bıçaqlayaraq ona xəsarət yetirib. Bud nahiyəsindən yaralanan Z.Hüseynov xəstəxanaya yerləşdirilib, üzərində əməliyyat aparılıb.

Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin və 17-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən 18 yaşlı Vüsal Əliyev tutulub.

Hadisənin söyüş üstündə olduğunu etiraf edən V. Əliyev istintaqa ifadəsində “yaxşı edib bıçaqlamışam” deyə özünə haqq qazandırıb.

Faktla bağlı onun barəsində Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm