“Bank of Azerbaijan”dan növbəti biabırçılıq
Bizi izləyin

Qırmızı.az

“Bank of Azerbaijan”dan növbəti biabırçılıq

"Bank of Azerbaijan" vətəndaşların pulunu hələ də qaytarmır.

Bu haqda Publika.az-a jurnalist Samir Feyruzov məlumat verib.

Onun dediyinə görə, bu vaxta qədər bəzi vətəndaşların pullarını hissə-hissə ödəyiblər.

Dünən isə bankdan müştərilərə deyiblər ki, gedin kimə deyirsinizsə, deyin: “Bank of Azerbaijandan vətəndaşlara deyiblər ki, Hafiz Məmmədov bankın pullarını götürüb aradan çıxıb. Bankda da pul yoxdur”.

Mənbə bildirir ki, bankın pullarının böyük hissəsini Hafiz Məmmədov götürüb aradan çıxıb. Ona görə vətəndaşların əmanətlərini qaytarmaq olmur.

Xatırladaq ki, jurnalist Samir Feyruzovun da "Bank of Azerbaijan"la problemi hələ də həll olunmamış qalır.

20 min manat depozit hələ də jurnalistə qaytarılmayıb. Əvəzində jurnalistə zəng edib hədə-qorxu gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm