Qırmızı.az
2 nəfər yanaraq öldü
Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 209-cu kilometrliyində, Ucar rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Qazel” markalı yük maşını ilə yanacaq daşıyan yük maşını
toqquşub. Nəticədə yanacaqdaşıyan yük maşını aşıb və alışıb. Alov
qısa zaman içərisində toqquşduğu avtomobilə də keçib.
Qəza nəticəsində “QAZel”də olan iki nəfər yanaraq ölüb. Hadisə
yerinə çağırılan xilasedicilərin köməyilə yanacaqdaşıyan
avtomobilin sürücüsü maşından çıxarıla bilib. Onun da ağır
yaralandığı bildirilir. Bədəninin çox hissəsi yanan sürücü dərhal
xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Hadisə
yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!