• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Professor Vaqif Arzumanlı vəfat etdi

Professor Vaqif Arzumanlı vəfat etdi

Modern.az saytının xəbərinə görə, tanınmış filoloq-tarixçi, politoloq Vaqif Arzumanlı vəfat edib. Məlumatı V.Arzumanlının çalışıdığı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutundan da təsdiqləyiblər.


Yaxınlarından əldə etdiyimiz xəbərdə bildirilir ki, Vaqif Arzumanlı məzuniyyətdəymiş və Nabrandakı bağ evində dünyasını dəyişib. Hadisə zamanı onun yanında heç kim olmayıb.


Professor Vaqif Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan olub.


1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub.


V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləyib. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviridir.


V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1991-ci ildən professor adı alıb, Beynəlxalq Eko- İnformasiya Akademiyasının akademikidir (1996),


V.Arzumanlı 1974-cü ildən Bakı Dövlət Universitetinin müəllimi və professorudur (1989). 1973-1974-cü illərdə M.F. Axundzadə adına RDƏ İnstitutunda (indiki Slavyan Universiteti), 1976-1987-ci illərdə İrəvan Pedaqojı İnstitutunun Azərbaycan bölməsində dərs deyib.

Elmi əsərləri, kitab, monoqrafiya və məqalələri rus, Ukrayna, alman, türk, Litva, latış, eston, belarus, polyak, ərəb, fars, ingilis və başqa dillərdə nəşr edilib.


V.Arzumanlı 2000, 2005 və 2010-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatliğına namizəd kimi qeydə alınıb. Üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb (2001, 2007, 2012).


Litva və Belarus Respublikaları Ali Sovetlərinin, Respublikamızın bəzi elm və təhsil ocaqlarının,ayrı-ayrı təşkilatların Fəxri Fərmanları, eləcə də Azərbaycanın, Litvanın, Latviyanın, Estoniyanın, Ukraynanın, İraqın, Tatarıstanın bir sıra ədəbi mükafatları və medalları ilə (1964-2012) təltif olunub, Milli qəhrəman Əlif Haciyev adına və görkəmli türkoloq Bəkir Çobanzadə adına Beynəlxalq mükafatlara, eləcə də "Qızıl qələm" və "Mir Cəlal Paşayev" mükafatlarına layiq görülüb.


V.Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak edib, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olub.

Allah rəhmət eləsin..

Xəbər lenti

DAHA ÇOX XƏBƏR