İran və Türkiyədən Azərbaycana virus təhlükəsi
Bizi izləyin

Qırmızı.az

İran və Türkiyədən Azərbaycana virus təhlükəsi

"İran və Türkiyədə heyvanlar arasında “Nodulyar-dermatit” adlı xəstəlik yayılıb. Bu, həmin ölkələrlə sərhəd olan bölgələrimiz üçün də təhlükənin olduğunu göstərir". Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, xəstəlik heyvandan-heyvana keçsə də, insana keçməsi qeydə alınmayıb. Lakin virusa yoluxmuş heyvanlarda südün, ətin məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Nəticədə həmin heyvan təsərrüfatdan çıxarılır. Bu virus gön-dəri sənayesinə ciddi ziyan vurur.

“Bu xəstəlik ağcaqanad və digər qansoran həşəratlar vasitəsilə yayılır. Virus daha çox iqtisadi zərər vurur. 100 baş heyvan olan təsərrüfatda maksimum 10 heyvanın ölümünə səbəb ola bilər. Virus qansoran həşəratlar vasitəsilə yayıldığına görə, Azərbaycana da keçmə ehtimalı var. Heç bir ölkə bu tipli virusdan sığortalanmayıb”.

Y.Xanvəlinin sözlərinə görə, hazırda ölkəmizdə belə bir təhlükə olmasa da, qabaqlayıcı tədbirlər görülür:

“Təsərrüfatlardakı heyvanların çimizdirilməsi, dezinfeksiya edilməsi barədə göstəriş vermişik. Bundan başqa, heyvanların qansoran həşəratlardan qorunması üçün məsləhət vermişik. Təsərrüfatlar dezinfeksiya edilir, ağcaqanadların məhv edilməsi istiqamətində işlər görülür. Xəstəlik qeydə alındığı halda onunla mübarizə tədbirləri də həyata keçiriləcək”.

Qeyd edək ki, Türkiyə və İranda bu virus bir aydan çoxdur yayılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm