
Cəlilabad polisi narkotik vasitələrin satışı ilə məşğul olan Gəncə şəhər sakinini saxlayıb.
Cəlilabad rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, 49 yaşlı Rəhim Tağıyev istintaqa bildirib ki, polis tərəfindən tutulan 7 kq marixuananı Şəmkir rayonu ərazisində əldə edib.
Sonra da marixuananı satmaq məqsədilə Cəlilabad rayonuna gətirərkən saxlanılıb. Onun barəsində faktla bağlı Cəlilabad rayon polis şöbəsində cinayət işi başlanıb.
Simnarə