Bakirə deyil deyə nişanlısını öldürdü
Bizi izləyin

Qırmızı.az

Bakirə deyil deyə nişanlısını öldürdü

On doqquz yaşlı gənc həmyaşıd nişanlısını bakirə olmadığı iddiası ilə kəsici bir alətlə öldürüb, meyitini basdırıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, İstanbulda yaşayan 19 yaşlı Kamal A. həmyaşıd nişanlısını meşəyə aparıb. Oradaca kəsici bir alətlə qətlə yetirib və basdırıb. Daha sonra polisə təslim olaraq ifadə verən qatil bunları deyib: “Bir müddətdir birlikdə idik. Bazar günü gəzmək üçün İstanbuldan Sakaryaya gəldik. Meşədə gəzən zaman onun qız olmadığını öyrəndim. Və özümü itirdim. Neylədiyimi bilmirəm. Özümə gələndə əlim, üzüm qan içində idi. Sonra meşəlik ərazidə bir çuxur qazıb onu basdırdım. Qaçıb İstanbula gəldim. İki gündür yuxularıma girdiyi üçün könüllü təslim oldum”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm