Terrorçular Prezident iqamətgahını bombaladı
Bizi izləyin

Qırmızı.az

Terrorçular Prezident iqamətgahını bombaladı

“Əş Şabab” terror təşkilatı Somalinin paytaxtı Moqadişidə yerləşən Prezident iqamətgahına hücum edib.

Axar.az xəbər verir ki, səlahiyyətlilərin verdiyi məlumata görə, Vardiqleydə yerləşən Prezident iqamətgahının iki nəzarət nöqtəsinə bomba ilə hücum ediblər. Terrorçular bomba hücumunun ardından raket hücumu başlayıb.

“Əş Şabab” təşkilatı Prezident sarayının bəzi hissələrini ələ keçirdiyini açıqlasa da, Somali səlahiyyətliləri məlumatı təkzib edib.

Xatırladaq ki, baş verən olayla əlaqədar olaraq ölkə başçısı Həsən Şeyx Mahmudun saraydan çıxarıldığı və Moqadişidəki Afrika Sülh Birliyinə aid bir yerə sığındığı məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm