• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

 Hafka həbs xəbərinə bəyanatla cavab verdi - Yeniləndi

  Hafka həbs xəbərinə bəyanatla cavab verdi - Yeniləndi

21:56

Hafka kimi tanınan azərbaycanlı oliqarx Hafiz Məmmədovun ötən bazar günü Bakı aeroportunda saxlanılması barədə Azərbaycan KİV-lərində yayılan xəbərlər Fransa və İngilərə media məkanına da sıçrayıb.

Fransanın “L'Equipe” jurnalı Azərbaycan KİV-lərinə istinadən H.Məmmədovun saxlanıldığı barədə məlumata yer verib.

Digər bir neçə Fransa saytları da jurnala istinadən xəbəri tirajlayıblar. Bildirilir ki, H.Məmmədovun “Lans” klubunun yüksək liqaya buraxılması məsələsində problem yarandığı bir vaxtda bu həbs xəbəri klubun taleyi ilə bağlı şübhələri daha da artırır.

Həmçinin İngiltərə mediası H.Məmmədovun həbsi barədə xəbər yayıldığına yer verib. Hereisthecity.com saytı qeyd edir ki, bu həbs xəbərinə nə H.Məmmədovun klubundan, nə də onun nümayəndəsindən heç bir şərh verilməyib. Sayt bu şayiələrin H.Məmmədov tərəfindən alınan “Şeffild Uednesdey” klubunun azarkeşlərini də narahat edə biləcəyini yazır.

23:00

H.Məmmədovun guya ötən bazar günü ölkəni tərk etmək istərkən Bakı aeroportunda saxlanıldığı barədə yerli saytların birində yer alan, daha sonra Fransa və İngiltərə mediasında ildırım sürəti ilə tirajlanan məlumatı təkzib etmək üçün bəyanat yaymalı olub.

Bəyanat “Sheffield Wednesday” klubu tərəfindən “The Star” qəzetinə və digər media orqanlarına yayılıb.

Bəyanatda deyilir: “Mənim həbsim və Azərbaycanda saxlanılmağım barədə bəzi əsassız şayiələr yayılıb və aydındır ki, bu şayiələr mənim tərəfimdən qətiyyətlə təkzib olunur. Habelə Dövlət Sərhəd Xidmətində bu şayiə dərhal rədd edilib.

Belə görünür ki, bu gün mənimlə bağlı situasiya ətrafında yalan və zərərli spekulyasiyalar çaşqınlıq yaratmaq, mənim maliyyə holdinqimi və öhdəliklərimi şübhə altına almaq üçün istifadə olunur. Mətbuatda mənimlə bağlı yer alan iddiaların heç bir əsası yoxdur və mən ailəmə və özümə qarşı zərbə vurmaq məqsədi ilə ortaya atılmış bu şayiəni yayanlara qarşı zəruri hüquqi addımlar atacağam”.

Xatırladaq ki, Azərbaycan saytlarında və mediasında “Hafka” barədə yayılmış həbs xəbərini Fransa, daha sonra İngiltərə mediası tirajlayıb. Hazırda “Lans” klubunun yüksək liqaya buraxılması və H.Məmmədobvun klubun büdcəsinə transferləri gecikdirməsi məsələsi ətrafında qalmaqal yaşandığından bu şayiə dərhal geniş rezonansa səbəb olub. Nəticədə Hafka İngiltərədə təcili bəyanatla çıxış etməli olub.

Bəs qalmaqallı milyarder niyə bu şayiələri dərhal təkzib etmirdi və nəticədə məsələnin bu cür böyüməsinə imkan yaradırdı?

Belə görünür ki, Hafkanın mətbuat müşavirləri onu düzgün istiqamətləndirmirlər və oliqarxın üzləşdiyi indiki gərgin situasiyada həbs şaiyəsinin necə rezonans doğuracağını nəzərə alıb bu şayiələrin dərhal təkzib olunmasını təşkil etməyiblər.

Bu arada eurofootball.ru saytı xəbər verir ki, “Lans” klubunun yüksək liqaya buraxılmamasına görə klubun məşqçisi Antuan Kombuare məşqlərə qatılmaqdan imtina edir və komandanı telefonla idarə edir.

A.Kombuare bildirib ki, “Lans” ikinci liqada qalsa, məşqçilikdən istefa verəcək. Hazırda isə o, müqavilə öhdəliklərinə görə məşqçilikdən imtina edə bilmir və komandanın məşqlərinə telefonla qatılır.

Digər xəbərə görə, Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası bu gün “Lans”la bağlı məsələyə yenidən baxmalıdır və komissiyanın qərarı barədə klubun prezidenti Jerve Martel yaxın saatlarda mətbuat konfransı keçirəcək. Bir sözlə, Avropada Hafka epopeyası davam edir.

Virtualaz.org

Xəbər lenti

DAHA ÇOX XƏBƏR