• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təhsil Nazirliyi məktəblər arasında yarış keçirir

Təhsil Nazirliyi məktəblər arasında yarış keçirir

Bu ilin fevral-may aylarında Azərbaycanda ali məktəb tələbələri arasında futbol üzrə "Təhsil kuboku" keçiriləcək.

Publika.Az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yarışın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri həyata keçirməkdir.

Bundan başqa, tələbə futbolçuların ustalıq səviyyələrini yüksəltmək, tələbələr arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Qeyd edək ki, Azərbaycanda futbol sahəsində həyata keçirilən dövlət siyasəti və futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola olan marağını artırır.

Bu baxımdan Təhsil Nazirliyi uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması, futbolla bağlı məlumat-maarifçilik və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verir.

"Təhsil kuboku"na cəlb olunan ali məktəblərin qalib komandaları və fərqlənən oyunçuları Təhsil Nazirliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR