Qırmızı.az
Abşeron sakininin 85 min manatı yanıb kül oldu
Abşeron rayonu Mehdiabad qəsəbəsində iki mərtəbəli fərdi
yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində vətəndaşa
məxsus evin 2-ci mərtəbəsi tamamilə yanıb.
Qəsəbənin Aşıq Ələskər küçəsindəki iki mərtəbəli evin yuxarı
mərtəbəsindən başlayaın yanğın qısa zaman ərzində böyük ərazini
əhatə edib və tezliklə 5 otağı öz əhatəsinə alıb. Alovla bacarmağın
çətin olduğunu görən ev sahibləri dərhal Fövqəladə Hallar
Nazirliyinin 112 qaynar xətt ximdətinə məlumat veriblər. Əraziyə
gələn Abşeron rayon dövlət yanğından mühafizə hissəsinin
yanğınsöndürənləri alovu ram etməyə çalışsalar da, buna nail ola
bilməyiblər. Bu məqsədlə də, əlavə kömək üçün Binəqədi rayonundan
da 2 yanğınsöndürmə briqadası çağırılıb.
Ümümi sahəsi 470 kvadrat metr olan evin yuxarı mərtəbəsi tamamilə
yansa da, yanğının 1-ci mərtəbəyə keçməsinin qarşısı
yanğınsöndürənlər tərəfindən alınıb.
Hadisə vaxtı ev sahiblərindən heç kəsin mənzildə olmaması yanğının
faciəsiz ötüşməsi ilə nəticələnib. Yanğın tamamilə söndürüldükdən
sonra məlum oldu ki, zərəçəkənin evində olan 85 min manat pul
alovun qurbanı olub.
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu